04.11.2015
Gündəm
Sabah 42 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a bildirib ki, paytaxtda sabah şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.