Turistlər avtobusu oğurlayıb şəhəri gəzdilər

Turistlər avtobusu oğurlayıb şəhəri gəzdilər

Turistlər avtobusu oğurlayıb şəhəri gəzdilər

Barselonada iki nəfər turist avtobusunu oğurlayıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, cavan oğrular avtobusla qəza törədərək, qaça biliblər. Hadisə çərşənbə axşamı günorta olub. Şəhəri gəzməyə qərar verən turistlər sürücünün bir neçə dəqiqəyə avtobusu tərk etdiyini görüb və nəqliyyat vasitəsini qaçırıb. Onlar bir qədər getdikdən sonra avtobusu digər avtomobilə vuraraq hadisə yerindən qaçıblar. Hazırda polislər cinayətkarların şəxsiyyətini təyin etməyə çalışır.

Dostlarınla paylaş


Şərhlər


Top