“Titanik”in bəstəkarı aviaqəzada həlak oldu

“Titanik”in bəstəkarı aviaqəzada həlak oldu

“Titanik”in bəstəkarı aviaqəzada həlak oldu

İki dəfə “Oskar” alan, “Titanik” və “Cəsur ürək” filmlərinin musiqisinin müəllifi 61 yaşlı amerikalı bəstəkar Ceyms Horner aviaqəzada həlak olub, The Hollywood Reporter bildirib.

Cars-az xarici mətbuata istinadən xəbər verir ki, onların məlumatına əsasən yüngülmotorlu təyyarəni musiqiçi özü idarə edirmiş, o, Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib. “Biz böyük ürəyə və əsrarəngiz istedada malik qeyri-adi bir insanı itirdik, - o, Facebook səhifəsində yazıb. – O, sevdiyi işlə məşğul olduğu an dünyasını dəyişdi. Hamınıza dəstək və sevginizə görə təşəkkür edirəm”.

Hornerin “Titanik” filminə yazdığı musiqisinin yazısı bütün dünyada 27 milyon nüsxədə satılmışdı.

Dostlarınla paylaş


Şərhlər


Top