Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 22-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarda havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 27-31 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top