04.11.2015
Gündəm
Qatar traktorla toqquşdu: 10 ölü, 30 yaralı
Hindistanda sərnişin qatarının traktorla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin şimalındakı Uttar-Pradeş ştatında qeydə alınıb. Məlumata əsasən, Bicnor şəhərindən 2 km aralıda sərnişinlərlə dolu qatar nəzarətsiz dəmiryolu keçidində traktora çırpılıb.