04.11.2015
Gündəm
Məşhur avtobus şirkəti “Transqeyt” vergidən yayınır
"Transqeyt" MMC-nin vergidən yayınır. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub. Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb. Vergi ödəyicisi Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatdadır. Vergi borcunun həcmi açıqlanmır. MMC-dən məsələyə münasibət bildirmək istəmədilər.