21.12.2015
Gündəm
"Formula-1"in saytı Azərbaycan xəritəsi ilə bağlı səhvi aradan qaldırıb
"Formula-1"in rəsmi saytı "Report" agentliyinin müraciətindən sonra Azərbaycanın xəritəsi ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb. 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran-Prisinin biletləri satışa çıxarıldıqdan sonra "Formula-1"in saytı Azərbaycan haqqında məlumat yerləşdirmişdi. Həmin məlumatda ölkənin özəllikləri və görməli yerləri qeyd edilsə də, nədənsə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi kimi göstərilməmişdi. "Report" agentliyinin sayta müraciətindən sonra yanlışlıq aradan qaldırılıb.