21.12.2015
Gündəm
Bakıda avtobus qaçırılıb
Bakıda avtobus qaçırılıb. Cars-az xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədhənifə Əzimovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu qaçırmış Lənkəran rayon sakini Tərlan Rzazadə tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.