21.12.2015
Gündəm
Dolların qalxması metroda gediş haqlarına təsir edəcək?
Metroda gediş haqlarını Tarif Şurası müəyyən edir. Cars-az xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev dolların qalxmasının “Bakı Metropoliteni”ndə gediş haqlarına nə qədər təsir edəcəyi barədə suala cavab olaraq bildirib. O qeyd edib ki, “Bakı Metropoliteni”ndə gediş haqları ilə bağlı dəqiq bir söz demək mümkün deyil: “Ümumiyyətlə “Bakı Metropoliteni”ndə gediş haqlarının qaldırılması müzakirə olunmur”.
Qeyd edək ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.