04.11.2015
Gündəm
Qonşusunun avtomobilini oğurlayanı tutdular
Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 4-də Biləcəri qəsəbəsində Pərviz Xurşudova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Cavanşir Qurban oğlu Ömərov tutulub, qaçırılmış avtomobil aprelin 12-də Suraxan rayonu Bakıxanov qəsəbəsi İ.Musayev küçəsində yerləşən avtomobil dayanacağında saz vəziyyətdə tapılıb.