Viktoriya Bekhemi polis saxladı

Viktoriya Bekhemi polis saxladı

Cars-az xarici mətbuata istinadən bildirir ki, olay ABŞ-ın Los-Anceles şəhərində baş verib. 40 yaşlı modelyer yolda Range Rover markalı avtomobilini aşağı sürətlə sürərək əri Devid Bekhemlə telefonla danışırdı. Bu isə yolda tıxac yaradıb.

Polis qadın Viktoriya Bekhemin avtomobilinə yaxınlaşaraq modelyeri tənbeh edib, ona xəbərdarlığını bildirib. Yalnız bundan sonra 15 dəqiqəlik tıxac aradan qalxıb.

Bekhem həmin vaxt fitnes zalında məşq edirdi. Ailənin böyük oğlu Bruklin isə Kaliforniya ştatının Palm-Sprinqs şəhərində keçirilən "Coachella" festivalında idi.

Dostlarınla paylaş


Şərhlər


Top