Gürcüstan-Ermənistan sərhədində insident

Gürcüstan-Ermənistan sərhədində insident

Gürcüstan-Ermənistan sərhədində insident

Gürcüstanın Ermənistanla həmsərhəd olan Baqrataşen-Sadaxlı gömrük məntəqəsində Ermənistandan Rusiyaya istiqamətlənən avtobusun sürücüsü ilə gömrük əməkdaşları arasında münaqişə yaranıb. Cars-az xəbər verir ki, bu barədə trend-in “armeniatoday”a istinadən verdiyi məlumata görə, avtobus “Forsaj-Tur” şirkətinə məxsusdur.

Münaqişə nəticəsində Rusiya vətəndaşı olan sürücü saxlanılaraq Marneuli polis bölməsinə göndərilib. 50 sərnişin isə gömrük məntəqəsində qalıblar. “Forsaj-Tur” şirkətindən bildirilib ki, həmin məntəqəyə başqa sürücü göndəriləcək. Münaqişənin detalları barədə ətraflı məlumat verilmir. Hadisə barədə Ermənistanın Gürcüstandakı səfirliyinə məlumat verildiyi deyilir.

Dostlarınla paylaş


Şərhlər


Top