04.11.2015
Gündəm
Qəzaya baxmayaraq Avstriya komandası yarışda iştirak edəcək
«Avstriya yığması ümid edir ki, sinxron üzgüçülük üzrə milli komanda üç idmançının xəsarət almasına baxmayaraq birinci Avropa Oyunlarında çıxış edə biləcək». Bu barədə “TASS”-ın müxbirinə Avstriya Milli Olimpiya Komitəsinin nümayəndəsi Volfqanq Eyxler bildirib. “Hadisənin baş verməsinə baxmayaraq, komanda yarışlarda çıxış edəcək”, deyə Eyxler qeyd edib.
Sinxron üzgüçülük üzrə yarış iyunun 12-də keçiriləcək.
Qeyd edək ki, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib. Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.