04.11.2015
Gündəm
Bakıda bu avtobuslarda gediş haqqı 1 manat oldu
“Baku bus” şirkətinə məxsus avtobuslar yeni xidmətlə fəaliyyətə başlayıb. Cars-az xəbər verir ki, bu barədə məlumatı turizm.az saytı yayıb. Bildirilir ki, bu gündən etibarən “Baku bus” şirkətinə məxsus avtobuslar “Koroğlu” metro stansiyasında dayanmaqla, "Heydər Əliyev" Beynəlxalq Hava Limanından (Terminal -1 və yerli uçuşlar Terminalından) Səməd Vurğun bağına kimi və geriyə hər 30 dəqiqədən bir hərəkət edəcək. Gediş haqqı 1 manatdır. Bundan sonra xaricə uçarkən və ya xaricdən qayıdarkən hava limanına taksi sifariş etməyə ehtiyac olmayacaq.