04.11.2015
Gündəm
Sərnişin təyyarəyə minməmiş öldü
Moskvaya uçmaq istəyən bir sərnişin təyyarəyə çatmamış ölüb. Həmin adam təyyarəyə gecikirdi və çatmaq üçün qaçmağa başlayıb. Lakin qəfildən onun halı pisləşib. Bir stəkan su istəyən sərnişin suyu içən kimi huşunu itirib. Gələn həkimlər həmin şəxsin öldüyünü müəyyən ediblər.
Qeyd edək ki, Rusiyada bir neçə belə ölüm hadisələri baş verib. Belə ki, bu ilin fevralında bir qadın təyyarədə ikən ürək çatışmazlığından dünyasını dəyişib. Keçən ilin sentyabr ayında isə "Qlobus" aviaşirkətinin pilotu Andrey Makarov aeroportda olarkən ölüb. Avqustda isə 24 yaşlı bir oğlan təyyarədə olarkən ürək tutması olub və gənc təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.
anspress