04.11.2015
Gündəm
Qəza törədən sürücüyə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ədalət Vəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cars-az teleqraf-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Ədalət Vəzirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il noyabrın 26-da Xırdalan şəhərində şəhər sakini Ədalət Vəzirov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Telman Baxşıyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.