“Formula-1”in təqvimi dəyişə bilər
“Formula-1”in britaniyalı icmalçısı Ceyms Allen çempionatın 2016-cı il üçün təqviminin ilkin versiyasını şərh edib.
Cars-az bu barədə f1report.ru saytına istinadla xəbər verir.
“FİA nümayəndələri növbəti mövsüm üçün çempionatın təqviminin ilkin versiyasını açıqlayıblar. Lakin qeyd etmək istəyirəm ki, təqvimin yekun versiyası ilkin versiyadan çox fərqlənə bilər.
2015-ci il mövsümünün də ilkin təqvimində 21 yarış var idi, lakin sonra Koreyadakı mərhələ və Aımaniyadakı qran-pri təqvimdən çıxarıldı”, - Allen qeyd edib.
Növbəti mövsüm üçün təqvimdə əsas dəyişiklik yarışın Azərbaycanda keçirilməsidir. Mövsüm apreldə başlayacaq və noyabrın sonuna qədər çempionatın iştirakçıları sıx qrafikdə işləyəcəklər – mərhələlər arasında yeddi fasilə yalnız bir həftə təşkil edəcək.