Piyadanı öldürən sürücüyə cəza

Piyadanı öldürən sürücüyə cəza

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1986-cı il təvəllüdlü Samir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cars-az teleqraf-a istinadən xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İttihama görə, Samir Hacıyev 1 avqust 2014-cü ildə, saat 23 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ-21074” avtomobillə Şirvan-Hacıqabul yolunun 1-ci kilometrliyində, Hacıqabul şəhəri istiqamətində yol hərəkəti qaydasını pozub. O, idarə etdiyi avtomobillə həmin yerdə yolu keçən piyada Şamo Azayevi vurub. Piyada aldığı zərbədən hadisə yerində ölüb.

Samir Hacıyev Cinayət Məcəlləsinin n 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Dostlarınla paylaş


Şərhlər


Top