Qatarların hərəkəti dayandırılacaq - Yanvarın 20-də saat 12.00-da
20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb. Сars-az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun apa-ya verdiyi məlumata görə, Tədbirlər Planına əsasən “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.
20 yanvar tarixində saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.