18.01.2016
Gündəm
Azərbaycanda qatarların hərəkəti dayandırılacaq
20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir. 20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa 20 yanvar 2016-cı ildə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.