18.01.2016
Gündəm
Avtomobilindən oğurluq edən gənc tutuldu
Bakının Sabunçu rayonunda əcnəbi vətəndaşın avtomobilindən oğurluq edilib.
Сars-az xəbər verir ki, oğurluq hadisəsi Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 13 ünvanında yerləşən avtomobil təmiri sexində baş verib.
Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Orhan Duran oğlu Mutlu özünə məxsus “Hyundai Accent” markalı avtomobilini təmir edilməsi üçün avtomobillərin təmiri sexinə gətirib. Orada avtomobildən qaynaq aparatı oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Əhməd İmambaxış oğlu Əhmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.