18.01.2016
Gündəm
Avtovağzalın qarşısında sıxlıq
Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelletkual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda qeyd edib. Eyni zamanda, Baknın Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahı qarşısında), Zərifə Əliyeva küçəsi, Moskva prospekti (mərkəzə doğru), o cümlədən Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) avtomobillərin sıxlığı müşahidə edilir.