Prospektlərdən birində sürət həddi dəyişib

Prospektlərdən birində sürət həddi dəyişib

Prospektlərdən birində sürət həddi dəyişib

Heydər Əliyev prospektində "Şəfa" stadionunun qarşısında yerləşən sürət portalında "Koroğlu" metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80 km/saatdan 60 km/saata endirilib.

Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.

Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Dostlarınla paylaş


Şərhlər


Top