Qadın sürücülərə sürpriz ediləcək? - 8 Mart günü münasibətilə

Qadın sürücülərə sürpriz ediləcək? - 8 Mart günü münasibətilə

Qadın sürücülərə sürpriz ediləcək? - 8 Mart günü münasibətilə

Bu il 8 Mart günü yol polisi tərəfindən qadın sürücülərə sürpriz ediləcəyi hələlik gözlənilmir.

Сars-az xəbər verir ki, bu barədə milli.az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki mənbələrdən bildiriblər.

yni zamanda qeyd edilib ki, yol polisləri Bakıda səfərdə olan yüksək vəzifəli xarici qonaqların paytaxt yollarında hərəkətinin təhlükəsizliyini təmin edəcəklər.

Lakin bunun son qərar olmadığı, qadın sürücülərə hər an sürpriz edilə biləcəyi də istisna edilməyib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilirdi. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edirdilər.

Dostlarınla paylaş


Şərhlər


Top