Binəqədidə avtomobil oğruları tutuldular

Binəqədidə avtomobil oğruları tutuldular

Bakının Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxslər həbs ediliblər. Сars-az teleqraf.com-a istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Vasif Musayevə məxsus avtomobildən oğurluq etmiş Gəncə şəhər sakini Elxan Allahverdiyev tutulub.

Bundan başqa, 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Niyaməddin Cəfərova məxsus "Hauje HJ 110-2" markalı motosikleti qaçırmış Kürdəxanı qəsəbə sakini Emil Qurbanov saxlanılıb.

Fevralın 16-da Binəqədi rayonu ərazisindən qaçırılmış İntizam Mehdiyevə məxsus "Mercedes" markalı avtomobil Salyan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, sürücü - Lənkəran rayon sakini Zabit Nəzərov, sərnişinləri İlqar Quliyev və İsa Nəzərov Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top