Polis maşını partladılıb, çox sayda yaralı var

Polis maşını partladılıb, çox sayda yaralı var

Polis maşını partladılıb, çox sayda yaralı var

Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir-Şanlurfa avtomobil yolu üzərindəki avtovağzalın yaxınlığında olub. Məlumatda partlayışın Diyarbəkirdə polis avtomobilinin hərəkəti zamanı baş verdiyi, nəticədə maşının içərisindəki polis və ətrafdakı vətəndaşların yaralandığı qeyd olunub. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınının sövq edildiyi, yaralı polislərin Diyarbəkir Hərbi Hospitalına, sivil vətəndaşların isə müxtəlif xəstəxanalara aparıldığı vurğulanıb.

Dostlarınla paylaş


Şərhlər


Top