Ərdoğan ABŞ-da tıxaca düşdü – VİDEO

Ərdoğan ABŞ-da tıxaca düşdü – VİDEO

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda tıxaca düşüb.

Сars-az xarici mediaya istinadən xəbər verir ki, ötən gün Ərdoğan Vaşinqtonun Andrew Mellon zalında türkiyəli və amerikalı iş adamları ilə toplantıya qatılmaq üçün avtomobil karvanı ilə yola çıxıb.

Ancaq ABŞ polisi səhv anlayaraq, Ərdoğanın gəldiyi yolda avtomobillərin gedişini tənzimləməyib. Bu zaman həmin yolda böyük tıxac əmələ gəlib və Ərdoğan da öz avtomobilində tıxacda qalıb. Daha sonra ABŞ polisi səhvini anlayaraq, həmin yolu boşaldıb.

Dostlarınla paylaş


Şərhlər


Top