30.03.2016
Gündəm
Moskvadan Qəbələ və Gəncəyə uçuşlar təxirə salınıb
Martın 30-da Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Qəbələ və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb. Сars-az Azərtac-a istinadla xəbər verir ki, uçuşların “Ural Airlens” aviaşirkəti tərəfindən həyata keçirməsi gözlənilirdi. “U6 2433” saylı Moskva-Qəbələ reysi aviaşirkətə məxsus “Airbus A320” təyyarəsi ilə, “U6 2411” saylı Moskva-Gəncə aviareysi isə “Airbus A321” təyyarəsi ilə baş tutmalı idi. Azərbaycana olan uçuşların təxirə salınma səbəbi qeyd olunmasa da, Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla aviareys təxirə salınıb.