30.03.2016
Gündəm
“07”sindən tapança tapıldı
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səfikürd kənd sakini Elşən Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobilə baxış zamanı “Alfa-440” markalı tapança aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Сars-az-a verilən məlumata görə, Ordubad rayon sakini Arzu Haşımov isə tapdığı silah-sursatı könüllü olaraq təhvil verib. O, 3 ədəd nömrəsi silinmiş ov tüfəngini, “F-1” qumbarasını, “RQD-5” qumbrasını, 200 qram trotili, 9 ədəd patron darağını, 2 ədəd “UZRQM”-ni və 512 ədəd müxtəlif çaplı patronu Naxçıvan MR DİN-ə təhvil verib.
Fərid