31.03.2016
Gündəm
Bakı-Şamaxı yolunda sürüşmənin qarşısı alındı
Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşməsi nəticəsində çökən yol təmir edilib.
Сars-az bildirir ki, bu barədə trend-ə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmənin qarşısı alınıb: "Sürüşüb yola doğru gələn torpaq qatı xüsusi texnikalar vasitəsilə çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb".
A.Nəcəfli bildirib ki, ərazidə hazırda problem müşahidə olunmur.
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi nəticəsində çökmə baş vermişdi.