04.11.2015
Gündəm
Paytaxtda iki "Mazda" toqquşdu
Paytaxtın Heydər Əliyev prospektində qəza baş verib. Hadisədə iki “Mazda” markalı avtomobil toqquşub. Qəza zamanı sürücü və azyaşlı uşaq yüngül xəsarət alıb. Dərhal hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin ilkin səbəbi kimi qara rəngli “Mazda”nın ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən baş verdiyi bildirilir. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra avtomobillər yolu kəsdiyi üçün, digər nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Daha sonra polis və ətrafdakıların köməyi ilə avtomobillər kənara çəkilib. Qəzanın baş verməsinin daha dəqiq səbəbləri araşdırmadan sonra bəlli olacaq.