Azərbaycanda hərbçi 8 yaşlı uşağı xəstəxanalıq etdi

Azərbaycanda hərbçi 8 yaşlı uşağı xəstəxanalıq etdi

Azərbaycanda hərbçi 8 yaşlı uşağı xəstəxanalıq etdi

Bu gün günorta saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsində 8 yaşlı piyada Yusif Museyibovun xəsarət almasıyla nəticələnən avtomobil qəzası baş verib. Anspress Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, uşaq yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan 8 yaşlı Qovlar qəsəbə sakini Yusif Museyibov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər zərərçəkənin vəziyyətini kafi qiymətləndirirlər.

Hadisəni törədən "Niva" markalı avtomobilin sürücüsünün hərbçi olduğu bildirilir.

Faktla bağlı Tovuz polisi araşdırma aparır.

Dostlarınla paylaş


Şərhlər


Top