04.11.2015
Gündəm
Paytaxtda daha bir yol bağlandı
Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılıb. Cars-az-ın “Azəryolservis” ASC-yə istinadla verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Əhməd Rəcəbli küçəsindən istifadə etmələri tövsiyə olunur.
Emin