Bakıda hərəkət iflic oldu

Bakıda hərəkət iflic oldu

Bakının mərkəzi küçələrinin birində baş vermiş zəncirvari yol hadisəsi nəqliyyat vasitələrinə çətinlik yaradıb. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospekti - Kənar yolda (şəhər istiqamətində) baş vermiş zəncirvari yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Dostlarınla paylaş


Şərhlər


Top