Azərbaycan Avtomobil Federasiyasından milli komandamıza dəstək

Azərbaycan Avtomobil Federasiyasından milli komandamıza dəstək

Azərbaycan Avtomobil Federasiyasından milli komandamıza dəstək

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək. Modern.az xəbər verir ki, Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq. 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar. Xatırladaq ki, 2012-ci ildə keçirimiş 2-ci Beynəlxalq Ardeşen Offroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanıb.

Dostlarınla paylaş


Şərhlər


Top