Neftçilər prospektinin daha bir hissəsi bağlandı

Neftçilər prospektinin daha bir hissəsi bağlandı

Neftçilər prospektinin daha bir hissəsi bağlandı

Bu gündən etibarən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin (Hökumət evinin qarşısı) 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top