24.12.2015
Gündəm
Sürücülərə şad xəbər: bu yol açıldı
Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Puşkin küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində təmir işləri yekunlaşıb.
Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bununla əlaqədar, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən işıqforun iş rejimi sarı döyünən işıqdan işlək vəziyyətə qaytarılıb.