24.12.2015
Gündəm
Paytaxt küçələrində tıxac yaranıb
Paytaxtın bır sıra küçə və prospektlərində avtomobillərin sıxlığı yaranıb.
Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda Nəsibbəy Yusifbəyli, Əhməd Rəcəbli küçələrində, Azadlıq, Ziya Bunyadov prospektlərində avtomobillərin intensiv hərəkəti müşahidə edilir. Bununla yanaşı, Bülbül prospekti ilə Ə.Xəqani küçələrinin, Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində, Zərifə Əliyeva prospektində, Ramiz Quliyev küçəsi ilə Nobel prospektinin kəsişmələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.