Moskva-İrəvan avtobusu aşdı: çoxlu sayda ölən və yaralanan var

Moskva-İrəvan avtobusu aşdı: çoxlu sayda ölən və yaralanan var

Moskva-İrəvan avtobusu aşdı: çoxlu sayda ölən və yaralanan var

Rusiyanın Tula vilayətində Moskva-İrəvan avtobusu aşıb, 7 nəfər ölüb, 17 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə açıqlama verib. Rusiya DİN-in Tula vilayəti üzrə idarəsindən bildirilib ki, avtobusda 59 sərnişin olub. Sərnişinlərin arasında uşaq yoxdur. Yaralılar müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib. Əsas versiya kimi texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması irəli sürülür.

Dostlarınla paylaş


Şərhlər


Top