04.11.2015
Gündəm
Metroda soyğunçuluq edən saxlanıldı
Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhəri Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 29-da metronun 28 May stansiyasında Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıblar. Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.