04.11.2015
Gündəm
Metroda adam bıçaqlayan saxlanıldı
Bakıda metroda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib. Cars-az xəbər verir ki, “Xalqlar Dostluğu” metro stansiyasında Bakı şəhər sakini Mirağa Əhədova bıçaqlanıb.
Metropoliten PŞ CAQ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Ramiz Babayev yaxalanıb.