Minik avtomobili gülləbaran edilib, ölənlər var

Minik avtomobili gülləbaran edilib, ölənlər var

Minik avtomobili gülləbaran edilib, ölənlər var

İnquşetiyanın paytaxtı Nazran şəhərinin mərkəzində naməlum silahlı şəxslər minik avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb. Сars-az “ria novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İnquşetiya DİN-in mətbuat xidmətinin əməkdaşı bildirib. “Nazranın mərkəsindəki “XXI vek” ticarət mərkəzinin qarşısında naməlum şəxslər avtomat silahlardan “Lada Priora” markalı avtomobili atəşə tutduqdan sonra hadisə yerindən uzaqlaşıblar”, - deyə məlumatda bildirilir.

Hücum nəticəsində avtomobildə olan bir kişi və bir qadın hadisə yerində ölüblər. Onların kimliyi müəyyənləşdirilir.

Hücum edən şəxslərin axtarışı davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top