02.02.2016
Gündəm
Salyan sakininin avtomobili qaçırıldı
Salyan rayonunun Qarabağlı kənd sakini Gündüz Abbasova məxsus qaçırılmış avtomobil saxlanılıb. Сars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 1-də Salyan rayonunun Qarabağlı kənd sakini Gündüz Abbasova məxsus “Niva” markalı avtomobil qaçırılıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil rayonun Kürsənli kəndi ərazisində saxlanııb və sürücü Elvin Hüseynovla birgə RPŞ-yə təhvil verilib.