Avtobuslarda cibgirlik edən keçmiş məhkumlar tutuldu

Avtobuslarda cibgirlik edən keçmiş məhkumlar tutuldu

Avtobuslarda cibgirlik edən keçmiş məhkumlar tutuldu

Bakının Binəqədi rayonunda cibgirlik edən şəxslər tutulub. Сars-az teleqraf-a istinadən xəbər verir ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Rüfət Hüseynov və 1980-ci il təvəllüdlü Zülfüqar Qədirov tutulub.

Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top