Metroda çoxsaylı cinayətlər törədən şəxslər tutuldu

Metroda çoxsaylı cinayətlər törədən şəxslər tutuldu

Metroda çoxsaylı cinayətlər törədən şəxslər tutuldu

Bakıda meroda cinayət törədən şəxslər məsuliyyətə cəlb edilib. Сars-az teleqraf-a istinadən xəbər verir ki, cari il yanvarın 26-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov və Ramin İsgəndərov tutulublar. Onların martın 9-da E.İsgəndərovaya, G.Ağayevaya və T.Əliyevaya məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.

V.Nəzərovdan 0,162 qram, R.İsgəndərovdan 0,159 qram heroin götürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top