11.03.2016
Gündəm
Yük avtomobillərinə qənim kəsilənlər tutuldular
Bakının Binəqədi rayonunda oğurluq edən şəxs həbs edilib.
Сars-az teleqraf-a istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Mahmud Həsənov və Zəngilan rayon sakini Vasif İsgəndərov tutulublar.
Onlar martın 9-da Hidayət Kərimova məxsus "MAZ" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli biliniblər. Onların daha bir neçə avtomobildən oğurluq etmələri də üzə çıxıb.