Sinoptiklərdən yağış xəbərdarlığı

Sinoptiklərdən yağış xəbərdarlığı

Martın 12-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağl gözləınilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Сars-az-a verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir, gecə yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtdan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Martın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 14-də atmosfer təqyinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi narahatlıq hissi yarada bilər.

Dostlarınla paylaş


Şərhlər


Top