Məşhur rokçunun avtomobili rekord qiymətə satıldı
Məşhur rokçu Cenis Coplinin "Porsche" markalı avtomobili hərracda 1.76 milyon ABŞ dollarına satılıb.
Cars-az anspress-ə istinadən xəbər verir ki, 1964-cü il buraxılışı olan avtomobilin 600 min dollardan baha satılmayacağı nəzərdə tutulsada avtomobil 3 qat baha qiymətə satılıb. Porşeyə bu qədər məbləği adı naməlum qalan kolleksioner verib.
Avtomobilin satışını "Sotheby’s" hərrac evi həyata keçirib. Hərracda ən yüksək qiymətə satılan avtomobil isə 1956-cı ildə əfsanəvi pilot Xuan Manuel Fanxio üçün buraxılan Ferrari 290MM yarış avtomobili olub. Avtomobil 28 milyon dollara satılıb.
Cenis Coplin 1970-ci ildə, 28 yaşında dünyasını dəyişib. Yaradıcılıq illəri ərzində 4 albom buraxmasına baxmayaraq, müğənni rok-blyuz janırında ən yaxşı ifaçı hesab edilir.
Sözü gedən avtomobil Coplinin sifarişi ilə psixodelik üslubda bəzədilib. Onun ölümündən sonra avtomobil rok-n-rolun Şərəf zalında sərgilənib.
RM Sotheby’s auksion evi qədim avtomobillərin satışı ilə məşğul olan RM auksion evi ilə nüfuzlu "Sotheby’s" hərracının birləşməsindən yaranıb.
Dekabrın 10-11 də keçirilən satış hərrac evinin ilk hərracı olub.