Siqaret çəkənlər - 40 manat cərimə ediləcək

Siqaret çəkənlər - 40 manat cərimə ediləcək

Siqaret çəkənlər - 40 manat cərimə ediləcək

Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır. Cars-az "report"-a istinadən xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Yeni məcəllənin 305-ci maddəsinə əsasən, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə - 40 manat məbləğində cərimə ediləcək.

Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən belə qanun pozuntusu törədən şəxslərə xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilirdi.

Dostlarınla paylaş


Şərhlər


Top