11.12.2015
Gündəm
Xanım sürücü "Baku Bus"ın avtobusunu vurdu
"BakuBus"ın avtobusu "Toyota" markalı offrouderlə toqquşub. Cars-az milli.az-a istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid parkının qarşısında, Vergilər Nazirliyinin yanındakı avtobus dayanacağında baş verib. Minik maşınının sükanı arxasında xanım olub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.